Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“İranla danışıqlarda irəliləyiş var”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“İran bizimlə danışıqlar aparır. Nə edə biləcəyimizi görəcəyik”, – deyə Ağ Ev rəhbəri bildirib.
O, yanvarın 31-də jurnalistlərə açıqlamasında danışıqların gedişinin hələlik qeyri-müəyyən olduğunu vurğulayıb.
Eyni zamanda, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sosial media hesabında paylaşım edərək süni media müharibəsinə baxmayaraq, danışıqlar üçün strukturlaşdırılmış formatın irəlilədiyini bildirib. O, ABŞ-la görüşün hazırlandığını açıqlayıb.
Safura Bənnayeva
Globalinfo.az