Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun sursat çatışmazlığı ilə üzləşdiyinə dair iddiaları rədd edib. O bildirib ki, İrana qarşı həyata keçirilən əməliyyatlar və mümkün digər müharibələr üçün ABŞ-ın əlində demək olar ki, limitsiz həcmdə sursat var.
Tramp ABŞ ordusunun İrana qarşı istifadə etmək üçün kifayət qədər orta və yüksək keyfiyyətli sursat ehtiyatına malik olduğunu bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Amerika mediasında ordunun kifayət qədər sursatının qalmadığı barədə yayılan xəbərlərə sosial media hesabında münasibət bildirib. Bu xəbərləri hazırlayan jurnalistləri “xain murdarlar” adlandıran Tramp qeyd edib:
“Əlimizdə bu əməliyyatda və ya hər hansı başqa müharibədə istifadə edə biləcəyimizdən qat-qat artıq, demək olar ki, limitsiz miqdarda orta və yüksək keyfiyyətli sursat var”.
Tramp ABŞ ordusu üçün yeni sursat istehsalının da intensiv şəkildə davam etdiyini bildirərək ölkənin silah və sursat ehtiyatları ilə bağlı hər hansı problemin olmadığını iddia edib.
ABŞ Prezidenti, həmçinin sələfi Co Baydenin hakimiyyəti dövründə xüsusilə Ukraynaya və bəzi NATO ölkələrinə “yüz milyardlarla dollar dəyərində” silah və sursatın pulsuz göndərildiyini bildirib.