Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28.01.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Trampın sağlamlığı ilə bağlı yayılan xəbərlər dünya mediasının da diqqət mərkəzindədir.

Onun səhhəti və zehni problemləri də bu konteksdə tez-tez gündəmə gəlir.

“Cebheinfo.az” xəbər verir ki, "Politico" nəşri Avropadakı mənbələrinə istinadən Slovakiyanın Baş naziri Robert Fikonun ABŞ prezidenti ilə keçirdiyi görüşdə onun zehni vəziyyətindən "şoka düşüb”.

Lakin Baş nazir onun adından yayılan bu məlumatı təkzib edib. Ağ Evdən isə bunu növbəti saxta xəbər adlandırıblar.

"New York Magazine" nəşri isə bununla bağlı ABŞ liderinin özündən məlumat alıb. O, özünü 40 il əvvəl olduğu kimi hiss etdiyini bildirib. 

Nəşrin məlumatına görə, Donald Tram müsahibəyə özü ilə bərabər iki həkim də gətirib. 

Tramp əlinin üzərində görülən ləkə ilə bağlı da danışıb. O, deyib ki, bu, sadəcə əl sıxmaqdan irəli gəlir. Eyni zamanda etiraf edib ki, qandurulaşdırıc olaraq həkimlərin tövsiyəsindən daha çox, təqribən 4 dəfə artıq dozada aspirin preparatı qəbul edir. 

Donlad Tramp müsahibədə 93 yaşında vəfat edən atası Fredin 87 yaşında Alzheimer xəstəliyinə tutulduğunu bildirib. Trampın atasından danışmasının səbəbi isə onun qardaşı qızı Merinin dediklərinə cavabı kimi dəyərləndirlir.

Trampın qardaşı qızı Meri bildirib ki, babası Alzehimer xəstəsi idi. Onun xəstəliyi keçirməsini yaxşı xatırlayır. İndi isə əmisində də oxşar halları müşahidə edir. 

Tramp komandasından onun çətinliklə yatdığı və bəzən görüşlər zamanı mürgülədiyi ilə bağlı yayılan məlumatları da təkzib edib. Bildirib ki, beş saatlıq yuxu ona bəs edir. Müəyyən zamanlarda gözlərini yumub oturması isə yuxulamaq, mürgüləmək yox, sadəcə, diqqətlə dinləmək üçündür. 

Trampı müşayiət edən həkim Ceyms Cons isə Trampın rəsmi yaşından 14 yaş cavan olduğunu bildirib. 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью