Tramp əlini İncilə basmadan and içdi

20.01.2025

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasiminin ən diqqət çəkən detalı onun İncilə toxunmadan and içməsi olub.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Tramp birinci xanım Melaniya Trampın əlindəki kitabın qarşısında əlini qaldırsa da, andını ona toxunmadan tamamlayıb.

ABŞ-ın 47-ci prezidenti kimi rəsmən fəaliyyətə başlayan Donald Trampın and içərkən əlini İncilin üzərinə qoymadığı görülüb.  Tramp Abraham Linkolnun İncilinin qarşısında and içsə də, onun şəxsən əlini kitabın üzərinə qoymaması ABŞ mətbuatının müzakirə mövzusuna çevrilib. Trampın bunu şüurlu bir seçimlə etdiyi, yoxsa mərasimin həyəcanından dolayı unutduğu məlum deyil.

Tehran,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью