Tramp əmr verdi: İrana hücumlar dayandırılır

25.07.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp təxminən iki həftə davam edən hücumların ardından Amerika hərbçilərinə İrana qarşı zərbələri dayandırmaq əmri verib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən qərar Oman rəsmilərinin Tehrana səfərindən sonra qəbul olunub.

Qeyd edək ki, ABŞ-İran münaqişəsinin növbəti eskalasiyası iyulun 8-də başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью