Tramp: Ən yaxşı mətbuat katibi özüməm

25.11.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Ağ Evə yeni mətbuat katibi təyin etməyə tələsmir.

Oxu.Az xəbər verir ki, bu barədə prezident "New York Post" nəşrinə verdiyi müsahibədə bildirib.

ABŞ lideri bu məsələdə tələsməməsini vəzifələrinin öhdəsindən layiqincə gəlməsi ilə əsaslandırıb. Tramp qeyd edib ki, media nümayəndələri ilə tez-tez ünsiyyət qurur və mətbuat katibi olmadığı üçün buraxılan səhvlərdə özündən başqa günahlandıracaq kimsə yoxdur.

"Kiməsə "bunu başqa cür desəydin, daha yaxşı olardı" deməkdənsə, yalnız özümü qınaya bilərəm", - o vurğulayıb.

Dövlət başçısı daha sonra deyib:

"Mən mətbuat nümayəndələri ilə istənilən prezidentdən daha çox görüşürəm".

Tramp mətbuat katibi vəzifəsinə bir neçə yaxşı namizədinin olduğunu desə də, onların adlarını açıqlamaqdan imtina edib. ABŞ prezidentinin sözlərinə görə, bu vəzifəni icra etmək istəyənlər çoxdur, lakin avqustun sonunadək bu postu tutmuş Karolin Livitti üstələmək onlar üçün çətin olacaq".

Qeyd edək ki, Ağ Evin mətbuat katibi postu oktyabrın 16-dan, Trampın Keti Zaxariyaya istefa tövsiyəsi verdiyi vaxtdan bəri boşdur. Zaxariya bu vəzifədə cəmi beş gün qalmaqla, 2017-ci ildə Ağ Evin kommunikasiyalar üzrə sabiq direktoru Entoni Skaramuççinin müəyyən etdiyi antirekordu yeniləyib. Noyabrın 7-də isə Tramp "Truth Social" şəbəkəsində mətbuat katibi vəzifəsini UFC rəhbəri Dana Vayta təklif etdiyini yazsa da, sonradan jurnalistlərə bunun sadəcə zarafat olduğunu bildirmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью