Tramp energetika naziri vəzifəsinə namizədinin adını açıqlayıb

17.11.2024

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kris Rayt enerji sənayesində aparıcı texnoloq və sahibkardır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin energetika naziri vəzifəsinə “Liberty Energy” neft şirkətinin rəhbəri Kris Raytın namizədliyini irəli sürəcək.

AYNA xəbər verir ki, bu barədə yeni seçilmiş prezidentin keçid komandasının yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Kris Rayt enerji sənayesində aparıcı texnoloq və sahibkardır. O, nüvə, günəş, geotermal və neft-qaz enerjisi sənayesində çalışıb.

Bəyanatda vurğulanıb ki, Rayt Trampın bazar ertəsi qurulduğunu elan etdiyi Milli Enerji Şurasında da təmsil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью