Tramp Epşteyn işi üzrə sənədlərlə bağlı versiyanın saxtalaşdırıldığını iddia edir

13.07.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp amerikalı maliyyəçi Ceffri Epşteyn işi üzrə əlavə sənədlərin mövcudluğu ilə bağlı versiyanın onun siyasi rəqibləri tərəfindən saxtalaşdırıldığını bildirib.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında paylaşım edib.

“Bu radikal solçular Epşteynin sənədlərini niyə hələ də dərc etməyiblər? Əgər həmin sənədlərdə MAGA (Amerikanı yenidən qüdrətli edək – red.) hərəkatına zərər verə biləcək nəsə olsaydı, indiyə qədər çoxdan istifadə edərdilər”, – deyə Tramp qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью