Tramp Epşteynin adası ilə bağlı iddialara cavab verdi

02.02.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp qalmaqallı maliyyəçi Ceffri Epşteynə məxsus ada ilə bağlı yayılan iddialara münasibət bildirib. O, həmin adaya heç vaxt getmədiyini və hətta onun yaxınlığında belə olmadığını açıqlayıb.

AzPost xəbər verir ki, Tramp bu açıqlamanı “Qremmi” mükafatlandırma mərasiminin aparıcısı Trevor Noanın zarafatla onun və keçmiş prezident Bill Klintonun Epşteynin adasında olması ilə bağlı dediklərinə cavab olaraq verib.

ABŞ lideri Truth Social sosial şəbəkəsində yazıb: “Mən heç vaxt Epşteynin adasında olmamışam və ora yaxın da getməmişəm”. Tramp əlavə edib ki, Klintonun harada olub-olmaması ilə bağlı fikir bildirə bilməz.

Eyni zamanda Donald Tramp “Qremmi” mükafatını “dəhşətli” adlandırıb və Trevor Noa ilə bağlı məhkəmə iddiaları qaldıra biləcəyini bəyan edib.

Qeyd edək ki, ABŞ-ın baş prokurorunun müavini Todd Blanş daha əvvəl Epşteyn işi üzrə materialların dərcinin başa çatdığını açıqlayıb. Açıq mənbələrdə yayımlanan sənədlərin ümumi həcmi 3,5 milyondan çox faylı əhatə edir. Bu materiallara sənədlər, elektron məktublar, foto və video materiallar daxildir və Epşteynin cinsi istismar məqsədli insan alveri ilə bağlı cinayət işi üzrə aparılan istintaqla əlaqəlidir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью