Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin Demokratlar Partiyasının nümayəndələri və iri banklarla əlaqələrinin araşdırılmasını istəyib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırılması tələb olunan şəxslər arasında keçmiş ABŞ prezidenti Bill Klinton, eləcə də bir sıra demokrat siyasətçilər və iri maliyyə qurumları yer alır.
Qərar ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Epşteynə məxsus elektron poçt yazışmalarını ictimaiyyətə açıqlamasından sonra verilib. Sənədlərdə Epşteynin ABŞ-da və digər ölkələrdə nüfuzlu siyasətçilər, iş adamları və müxtəlif dairələrin nümayəndələri ilə yazışmaları yer alıb.
Tramp Demokratlar Partiyasını bu məsələni siyasi məqsədlər üçün gündəmə gətirməkdə ittiham edib. Onun sözlərinə görə, demokratlar uğursuz siyasətlərini, siyasi məğlubiyyətlərini və hökumətin fəaliyyətinin dayandırılması ilə bağlı problemləri ört-basdır etmək üçün “Epşteyn saxtakarlığı” mövzusunu qabardırlar.
Gülbadam Cümşüdova