Tramp Ər Riyadda Suriya Prezidenti ilə görüşüb

14.05.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Tramp ötən gün Səudiyyə Ərəbistanına səfər edib və hazırda bu ölkədə təmaslarını davam etdirir.

Xatırladaq ki, ötən gün Ağ Ev rəsmisi mayın 14-də Trampala Əhməd əş-Şaranın Ər-Riyadda görüşəcəyini bəyan edib.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью