Tramp: Ərdoğan da İranın nüvə silahına malik olmasını istəməz

07.07.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Düşünürəm ki, Ərdoğan da İranın nüvə silahına sahib olmasını istəməz.

Moderator.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

O, İranla müharibə haqqında danışarkən Türkiyənin İranın lehinə olaraq müharibəyə müdaxilə etmək gücündə olduğunu, lakin bunu etmədiyini vurğulayıb.

“Türkiyə çox möhtəşəmdir. Bir çox məsələdə onlar möhtəşəmdirlər. Türkiyənin güclü ordusu var. İran məsələsində də onların (İranın, - red.) tərəfindən müharibəyə qoşula bilərdilər. Amma bunu etmədilər”, - Tramp Türkiyədən razılığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью