Tramp: Ərdoğan üçün gedirəm

26.06.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə 700 milyon dollar dəyərində reaktiv mühərriklərin satışı prosesi ilə bağlı Konqresə rəsmi bildiriş təqdim edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Donald Tramp Oval Ofisdə CNN Türk telekanalının ABŞ müxbiri Yunus Paksoyun sualını cavablandırarkən danışıb.

Belə ki, jurnalistin Türkiyəyə reaktiv mühərriklərin və F-35 qırıcılarının satışı ilə bağlı Ankaraya müsbət xəbərlə gedib-getməyəcəyi barədə sualına cavab verən Tramp bildirib:

"Düşünürəm ki, bəli. Türkiyə NATO üzvüdür. Bəzi insanlar Türkiyəni belə görmürlər, amma əslində elədir. O, NATO-nun güclü üzvlərindən biridir. Yəqin ki, Prezident Ərdoğanı çox sevindirəcək bir addım atacağam".

Tramp çıxışı zamanı Türkiyənin xüsusilə müdafiə sənayesi sahəsində mühüm mövqeyə malik olduğunu vurğulayıb:

"Türkiyənin böyük müdafiə sənayesi bazası var. ABŞ da daxil olmaqla, NATO alyansı çərçivəsində 3 min şirkət fəaliyyət göstərir. Türkiyə o qədər güclüdür ki, insanlar onun hərbi potensialının miqyasını tam anlamırlar. Ərdoğanın sayəsində Türkiyənin çox güclü bir ordusu var". 

NATO Zirvə Görüşünə Ərdoğan üçün getdiyini vurğulayan ABŞ Prezidenti "Ərdoğan "gəl" dedi, mən də gedirəm",- deyib.

Əfsanə 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью