Tramp Ərdoğanı səfirə belə təriflədi

26.03.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ankaradakı səfirliyinə namizədliyini irəli sürdüyü Tom Barakı Ağ Evdə qəbul edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ lideri qəbul zamanı Türkiyənin və lideri Rəcəb Tayyib Ərdoğanın ünvanına xoş sözlər deyib.

Əvvəlcə Barak Trampla işləməkdən məmnun olduğunu deyib və ona təşəkkürünü bildirib. Diplomat daha sonra Türkiyəni “ən qədim sivilizasiyalardan biri” adlandırıb.

ABŞ Prezidenti Tramp isə Barakın sözlərinə “yaxşı ölkədir, lideri də yaxşıdır” deyərək qarşılıq verib.

Billurə Yunus
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью