Tramp Ərdoğanı tərifləyib: Müstəsna insandır!

07.10.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp bir daha Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana heyran olduğunu bildirib.
Modern.az xəbər verir ki, ABŞ prezidenti bununla bağlı deyib:

"Prezident Ərdoğan müstəsna insandır. Çox güclü insandır. HƏMAS da ona böyük hörmət bəsləyir".

Tramp Fələstinin HƏMAS təşkilatına israilli girovları azad etmək üçün təzyiq göstərməkdə Türkiyə liderinin mühüm rolunu qeyd edib.

ABŞ prezidenti Ərdoğanın bu məsələdə “çox böyük” rol oynadığını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью