Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Prezidentlər Türkiyə-ABŞ münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan növbəti il Türkiyə ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 100-cü ildönümünün qeyd ediləcəyini xatırladıb və əlaqələrin inkişafı istiqamətində səylərin davam etdiriləcəyini söyləyib.
Donald Tramp da öz növbəsində Ərdoğanı və Türkiyə xalqını Respublika Günü münasibətilə təbrik edib, Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün uğurlu keçməsini arzulayıb.