Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan çox olan silah paketi təklif etməyə hazırdır.
Axar.az xəbər verir ki. bu barədə “Röyters” 6 mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın may ayında krallığa səfəri zamanı təklifi elan edəcək.
3 mənbə bildirib ki, Trampın səfəri zamanı Ərəbistanın F-35 alması imkanları da müzakirə olunacaq.
Qeyd edək ki, Trampın Yaxın Şərq turnesi 13-16 maya nəzərdə tutulub.