Tramp Ərəbistanın müdafiə naziri ilə görüşdü

30.07.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salmanla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, görüş ABŞ-Səudiyyə Ərəbistanının İraqda İran tərəfindən dəstəklənən milislərə hücumlarından sonra baş tutub. Rəsmilər bunun krallığa qarşı təkrarlanan dron hücumlarına cavab olduğunu bildiriblər.

Şahzadə Xalid hücumların müdafiə xarakterli olduğunu, daha geniş eskalasiya əlaməti olmadığını bildirib və Səudiyyə Ərəbistanının diplomatiyaya üstünlük verdiyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью