Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın Vaşinqtondakı səfirliyi Ağ Evin Dini İşlər İdarəsi ilə birlikdə ABŞ-dəki erməni dini liderlərin Prezident Donald Trampla görüşü təşəbbüsü ilə çıxış edib.
“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidentinin uzun müddət ilahiyyat müəllimi olmuş Paula Uayt-Keyn, idarənin rəhbəri Cenifer S.Korn da görüşün təşəbbüskarları arasında olub.
Ağ Evdə baş tutan görüşdə ABŞ-dəki Erməni Apostol Kilsəsinin Qərb və Şərq yeparxiyalarının rəhbərləri, arxiyepiskop Hovnan Terterian və yepiskop Mesrop Parsamian, ABŞ-dəki Erməni Apostol Kilsəsinin Böyük Kilikiya Evinin Katolikosluğunun Şərq və Qərb yeparxiyalarının rəhbərləri, arxiyepiskop Anuşavan Danielyan və yepiskop Mikael Muradyan, eləcə də Şimali Amerika Erməni Yevangelist Birliyinin baş pastoru, keşiş Henrik Şahnazaryan iştirak ediblər.
“Görüşdə tərəflər Ermənistan və ABŞ arasındakı münasibətlər, iki xalq arasında xristian-sivilizasiya əlaqələri, dini azadlıq, sülh və sabitliyin bərqərar olması səyləri barədə fikir mübadiləsi aparıblar. Xalqlar arasında sülhün və qarşılıqlı anlaşmanın gücləndirilməsinin zəruriliyi, eləcə də bu prosesdə inancın və mənəvi dəyərlərin əhəmiyyəti vurğulanıb.
Erməni dini liderlər birgə dua edərək, Ermənistan və ABŞ xalqlarının rifahı və gələcəyi, eləcə də iki ölkə arasında dostluq üçün Tanrıdan xeyir-dua diləyiblər.
Dini liderlər dualarında sülh səylərinə də toxunublar və ABŞ Prezidenti Donald Trampın Ermənistanla bağlı sülh prosesinə töhfə verdiyini bildiriblər”,-məlumatda belə qeyd edilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin