Tramp ermənilər və Baydeni məyus edəcək Zolyan | Icma.az
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında saziş tez-tələsik hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Zolyan deyib.
Ekspertin fikrincə, bu yaxınlara qədər Vaşinqton və İrəvanda belə bir sənədin imzalanması barədə fikir olmayıb.
Zolyan xatırladıb ki, imzalanmadan üç gün əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə bir sənədin mövcudluğu və ya hazırlanması faktını təkzib edib.
Həmçinin o, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın sələfi Co Bayden və erməniləri məyus edəcəyini proqnozlaşdırır: “Bu, sənədin tələsik hazırlanmasından xəbər verir.
Tələskənliyin səbəbi anlaşılandır: Ermənistan-İran sazişi hazırlanır.
Bu yaxınlarda İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan İrəvanda olub, Rusiya xarici işlər naziri Sergey Lavrov mühüm açıqlamalar verib.
Tam oxu
Xəbəri oxu