Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Donald Tramp daha bir strateji posta – Dövlət katibi vəzifəsinə namizəd irəli sürüb. Bu, Marko Rubiodır.
O, da Respublikaçılar Partiyasının “şahinlər” qanadına aiddir. O, hətta Uoltsdan da sərt və Ukraynapərəst mövqeyilə seçilir.
Kubalı mühacirlər ailəsindən çıxan Rubio öz imicini dünyada avtoritar hökumətlərin devrilməsini dəstəkləmək üzərində quran siyasətçidir.
Senatda Kəşfiyyat Komitəsinin sədr müavini, eyni zamanda Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli üzvü olan Florida ştatının senatoru Marko Rubio ABŞ-nin Dövlət katibi kimi Trampın xarici siyasətinə görə əsas cavabdeh şəxs olacaq.
İndi onun namizədliyi həmkarları, xüsusən də Florida ştatından olan digər senator Rik Skott tərəfindən açıq şəkildə dəstəklənir və təsdiqlənir.
“O (Rubio) dünyada Amerika liderliyini bərpa edəcək” deyən Skott həmkarının iradəli siyasətçi olduğunu deyib.
Rubionun dövlət katibliyi gələn ilin əvvəlində Konqres tərəfindən təsdiqlənməlidir.