Tramp ermənipərəst Menendesi əfv etmək fikrində deyil

09.01.2026

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Amerika lideri “New York Times (NYT)” qəzetinin müxbirinin konkret adlarla bağlı sualının cavabında belə deyib.
“Adları çəkilən fiqurlar arasında ABŞ Konqresinin ən ifrat ermənipərəst lobbiçilərindən biri, 2024-cü ildə korrupsiyada təqsirli bilinən keçmiş senator Robert Menendes, 2023-cü ildə müştərilərin milyardlarla dollarını mənimsəməkdə təqsirli bilinən kriptovalyuta sahibkarı Sam Benkman-Frid və Venesuela prezidenti Nikolas Maduro da var”, - xəbərdə qeyd olunur.
Menendesin arvadı ərinin dalınca göndərildi Daha əvvəl Menendesin Trampdan əfv almağa çalışdığı barədə məlumat yayılmışdı. Maraqlıdır ki, 2006-2024-cü illərdə Senatın üzvü olarkən o, iki dəfə - 2019 və 2021-ci illərdə Trampın impiçmentinə səs verib.
Xatırladaq ki, 2024-cü il iyulun 16-da Nyu-York məhkəməsi Menendesi bütün 16 korrupsiya maddəsi üzrə təqsirli bilərək 11 il həbs cəzasına məhkum edib. Hökmdən sonra o, senatorluqdan istefa verdiyini açıqlayıb.
Ötən ilin sentyabrında isə, Nyu-York Dairə Məhkəməsinin hakimi Robert Menendesin həyat yoldaşı Nadin Menendesi (Arslanyan) də 4,5 il müddətinə azadlıqdan məhrum edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью