Tramp etiraf etdi: Təyyarəmi gizlicə dəyişdirdilər

12.08.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp ötən ay Ankarada keçirilən NATO Zirvəsindən qayıdarkən təyyarəsini gizlicə dəyişdirdiyini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə “The Washington Post” qəzetinin İran təhdidi səbəbindən onun təyyarəsinin dəyişdirildiyi barədə yaydığı xəbərə münasibət bildirərkən danışıb.

ABŞ prezidenti təyyarə dəyişikliyinin Məxfi Xidmətin təlimatlarına uyğun həyata keçirildiyini bildirib. Bununla belə, Tramp sonda mindiyi təyyarənin “Air Force One”dan daha böyük risk altında olduğunu düşündüyünü deyib.

“Əslində, uçduğum təyyarənin daha böyük risk altında olduğunu düşünürəm. Düşünürəm ki, daha böyük risk altında idi, çünki məhz bu təyyarəni hədəf almağı üstün tutardılar”, – deyə, Tramp jurnalistlərə bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью