Tramp fast food restoranlarının baş direktorunu səfir təyin etdi

23.01.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp "Carl's Jr" və "Hardee's" "fast food" şəbəkələrinin baş direktoru vəzifəsində çalışmış Endryu Puzderi Avropa İttifaqına səfir təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır.

Tramp 74 yaşlı Puzderi uğurlu hüquqşünas, iş adamı, iqtisadi şərhçi və müəllif kimi xarakterizə edib.

Qeyd edək ki, 2020-ci ildə Puzder "Carl's Jr" və "Hardee's" "fast food" şəbəkələrinin əsas şirkətinin baş direktoru olub. 

Trampın özü qeyd edib ki, baş direktor olduğu müddətdə Puzder şirkəti ciddi maliyyə çətinliklərindən çıxarıb. O, Puzderin Avropada ABŞ-nin maraqlarını təmsil edən əla iş görəcəyinə inanır.

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью