Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ölkədə Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyində dəyişikliklərə baxmayaraq, faiz dərəcələrinin hələ də dünyada ən yüksək göstəricilərdən biri olaraq qalmasına təəccübləndiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin yanında Milli İqtisadi Şuranın rəhbəri Kevin Hasset məlumat verib.
"Onunla hər dəfə danışanda ölkəmizdəki yüksək faiz dərəcələri ilə bağlı sual verir", – deyə Hasset qeyd edib.
O bildirib ki, Tramp FED tərəfindən faizlərin azaldılacağına hələ də ümid edir.
Qeyd edək ki, mayın sonunda Donald Tramp FED rəhbəri vəzifəsinə təyin olunan Kevin Uorşun qurumda ciddi dəyişikliklər həyata keçirəcəyini, lakin qərarlarında tam müstəqil qalacağını açıqlamışdı.
ABŞ Prezidenti daha əvvəl FED-in keçmiş rəhbəri Cerom Pauelli əsas faiz dərəcəsinin azaldılması prosesinin ləng getməsinə görə dəfələrlə tənqid etmişdi. Bundan sonra tənzimləyici qurum iki dəfə ardıcıl olaraq əsas faiz dərəcəsini illik 3,75 faiz səviyyəsində saxlayıb.
Xatırladaq ki, iyul ayında Rusiya Prezidenti Vladimir Putin də gələcəkdə ölkədə əsas faiz dərəcəsinin mütləq aşağı salınmalı olduğunu bildirmişdi. Hazırda Rusiyada bu göstərici illik 14 faiz təşkil edir.
Xədicə BAXIŞLI