Tramp fərman imzaladı: ABŞ dron idxalına tarif tətbiq edir

14.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp dronların və onların komponentlərinin idxalına tariflərin tətbiqini nəzərdə tutan fərman imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyası ölkənin xarici dron mənbələrindən həddindən artıq asılı olduğunu bildirib.

Milli təhlükəsizlik baxımından xüsusilə həssas hesab olunan müəyyən ölçüdə və ya müəyyən imkanlara malik dronlara 100%-lik advalor tarif tətbiq ediləcək. Daha kiçik ölçülü dronlara isə 25%-lik tarif qoyulacaq.

Avropa Birliyi, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan gətirilən dron və komponentlərə 15%-lik, Böyük Britaniyadan gətirilən dronlara isə 10%-lik advalor tarif tətbiq olunacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью