Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
DÇ-nin kommersiya hüquqlarını özəl investorlara satmaq planına görə sərt tənqid olunan FİFA prezidenti Canni İnfantino bu dəfə ABŞ prezidenti Donald Trampın soyuq reaksiyası ilə qarşılaşıb.
Futbolpress.az xəbər verir ki, sözügedən qalmaqalla bağlı sualları cavablandıran Tramp qısa cavabla kifayətlənib. Düşərgəsində təşkil edilən mətbuat konfransında İnfantinonun bu təklifindən öncədən xəbərdar olub-olmaması ilə bağlı suala ABŞ dövlət başçısı “Xeyr, onunla bu barədə heç vaxt danışmamışam” deyərək mövzunu tez bağlayıb.
İnfantinonun daha əvvəl Trampla demək olar ki, hər gün əlaqə saxladıqlarını bildirməsi fonunda bu soyuq reaksiya təəccüblə qarşılanıb. Həmçinin, ləğv edilən layihədə investor qrupuna rəhbərlik edən “Thrive Eternal” şirkətinin təsisçisi Coşua Kuşner Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır. Məlumata görə, layihə hazırlanan zaman Ağ Evə yaxın şəxslərlə də məsləhətləşmələr aparılıb.