Tramp FİFA ya təşəkkür edib

05.07.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların milli komandasının hücumçusu Folarin Baloqanın diskvalifikasiyasını dayandırdığına və dünya çempionatının Belçika ilə 1/8 final matçında oynamasına icazə verdiyinə görə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) təşəkkür edib.

"Report"un məlumatına görə, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Düzgün hərəkət etdiyinizə və böyük ədalətsizliyi aradan qaldırdığınıza görə FIFA-ya təşəkkür edirəm", - paylaşımda deyilir.

FIFA-nın İntizam Komitəsi ABŞ yığmasının hücumçusu Folarin Baloqanın diskvalifikasiyasını dayandırıb və ona dünya çempionatının 1/8 matçında Belçika seçməsi ilə qarşılaşmada oynamağa icazə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью