Tramp Filippin ordusunun feldmarşalı olmaq istəyir Video

18.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Filippin Prezidenti Ferdinand Markosla (kiçik)  görüşü zamanı zarafatla bildirib ki, amerikalı sərkərdə Duqlas Makartur kimi Filippin ordusunun feldmarşalı rütbəsini almağa etiraz etməz.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
"Əgər etiraz etmirsinizsə, mənim üçün də eyni şeyi etməyinizi istərdim. Bu, xoşuma gəlir. Yəni, niyə də bunu almayım?" – deyə Tramp qeyd edib.
Filippin lideri ilə görüşün yekunlarına dair danışan Tramp Vaşinqton və Manilanın ticarət sazişi imzaladığını, həmçinin müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldiklərini bildirib. 
Onun sözlərinə görə, ABŞ atom energetikası sahəsində irimiqyaslı layihənin inkişafı üçün Filippinin Amerika texnologiyalarından istifadə etməsinə razılıq verib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью