Tramp Floridada prezident seçkilərində səs verib

05.11.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

ABŞ-də Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp prezident seçkilərində səs verib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə CNN televiziya şirkəti məlumat yayıb.

Tramp Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqələrindən birində şəxsən səs verib.

Səsvermədən sonra mətbuata açıqlama verən siyasətçi, seçkilərdə qalib gələcəyinə tam əmin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri keçirilir. Ağ Evin sabiq rəhbəri Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris bu vəzifə üçün mübarizə aparır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью