Tramp Floridada prezident seçkilərində səs verib AzPolitika onlayn siyasiictimai qəzet

05.11.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ-də Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp prezident seçkilərində səs verib.

"Report"un məlumatına görə, bu barədə CNN televiziya şirkəti məlumat yayıb.

Tramp Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqələrindən birində şəxsən səs verib.

Səsvermədən sonra mətbuata açıqlama verən siyasətçi, seçkilərdə qalib gələcəyinə tam əmin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri keçirilir. Ağ Evin sabiq rəhbəri Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris bu vəzifə üçün mübarizə aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью