Tramp: FTB nin işinə indiyədək korrupsioner rəhbərlik mane olub

08.07.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp FTB-nin əvvəlki rəhbərliyi tərəfindən fəaliyyətinin əngəlləndiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, "Truth" sosial media platformasında paylaşdığı mesajda yeni rəhbərliklə büronun əsas funksiyalarına qayıtdığını qeyd edib.

Tramp Kaş Patel və Den Bonqino rəhbərliyində FTB-nin daha sərbəst işlədiyini və hüquq-mühafizə orqanlarının gücləndiyini vurğulayıb.

O, təşkilatın artıq “Amerikanı yenidən təhlükəsiz etmək” istiqamətində hərəkət etdiyini söyləyib.

Qeyd edək ki, FTB son günlər Ceffri Epşteyn işi ilə bağlı araşdırmaları ilə də gündəmdədir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью