Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini dekabr ayında Mayami (Florida ştatı) yaxınlığında keçiriləcək G20 sammitinə dəvət etmək niyyətində olduğunu bildirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərə Zelenskinin G20 liderlərinin görüşündə mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.
"Bəli, bununla bağlı problem yoxdur", - Tramp bildirib.
O həmçinin Rusiya və Ukrayna arasındakı münaqişənin yaxın gələcəkdə başa çatacağına əminliyini ifadə edib.
"Hesab edirəm ki, Ukrayna və Rusiya arasındakı müharibə o qədər də uzaq olmayan gələcəkdə başa çatacaq", - ABŞ Prezidenti əlavə edib.