Tramp G7 sammitində iştirak edəcəyini AÇIQLADI

04.06.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “TruthSocial” sosial media səhifəsində paylaşım edib.
 

"Mən Fransada keçiriləcək G7 sammitində iştirak edəcəyəm", - deyə Ağ Ev rəhbəri yazıb. Fransanın sədrliyi ilə keçiriləcək tədbir 15-17 iyun tarixlərində Cenevrə gölünün sahilindəki Fransanın Evian-le-Ben kurort şəhərində keçiriləcək.


Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio Donald Trampın 7-8 iyul tarixlərində Türkiyənin Ankara şəhərindəki Beştəpə prezident kompleksində keçiriləcək növbəti NATO sammitində iştirak etməyi planlaşdırdığını da açıqlayıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью