Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

14.06.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli ayrıca görüş keçirməyi planlaşdırmır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Tramp sammit çərçivəsində Zelenskinin də iştirak edəcəyi ümumi işçi sessiyaya qatılacaq, lakin onunla təkbətək danışıqlar aparmayacaq.
Məlumata görə, ABŞ liderinin G7 çərçivəsində gərgin ikitərəfli görüş qrafiki mövcuddur. Tramp sammit çərçivəsində Fransa Prezidenti Emmanuel Makron, həmçinin xüsusi qonaq qismində dəvət olunmuş Qətər, BƏƏ, Misir və Hindistan liderləri ilə fərdi qaydada bir araya gələcək.
Sammit başa çatdıqdan sonra isə Makron Versal sarayında Trampın şərəfinə rəsmi şam yeməyi verəcək.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl verdiyi bəyanatda Donald Trampla Rusiya əleyhinə yeni sanksiyalar paketini və Kiyevə hava hücumundan müdafiə sistemlərinin ötürülməsi məsələsini fərdi şəkildə müzakirə etmək istədiyini bildirmişdi.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью