Tramp G7 yə gecikdi: Şef mənəm

17.06.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya liderləri Fransanın Evian-les-Bains qəsəbəsində keçirilən G7 sammitinin son günündə bir araya gəliblər. ABŞ Prezidenti Donald Tramp səhər sessiyasına bir saat gecikib.

"Cebheinfo.az" xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron iclası açarkən liderlərə Trampın “bir azdan” gələcəyini bildirib.

İclasın keçirildiyi zala daxil olan Tramp dünya liderlərinə müraciətlə zarafatla deyib: “Şef mənəm”. Trampın bu zarafatından sonra zalda gülüş səsləri yüksəlib.

Daha sonra Tramp öz yerini tutub və jurnalistlərə müraciətlə, “İclasda iştirak etmək istəyirsiniz? Mənim üçün problem deyil”, – deyə bildirib.

Bundan sonra toplantı mətbuata qapalı şəkildə davam edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью