Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vaşinqton, 17 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə görüş keçirməyi planlaşdırır.

AZƏRTAC “Axios”a istinadla xəbər verir ki, görüşdə İranla müharibənin növbəti mərhələsi və sonrakı dövr üçün ABŞ-nin strategiyası müzakirə olunacaq.

Görüşə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Omanın liderlərinin və ya xarici işlər nazirlərinin qatılacağı bildirilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью