Tramp gəlinini Afinaya səfir göndərmək istəyir

11.12.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Yunanıstandakı səfiri vəzifəsinə böyük oğlunun nişanlısı, “Fox News”un keçmiş aparıcısı Kimberli Quilfoylun namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə özünün sahibi olduğu “Truth” sosial şəbəkəsində məlumat verib.

“Kimberli uzun illərin yaxın dostudur. O, Yunanıstanla güclü ikitərəfli əlaqələri inkişaf etdirmək, müdafiə sahəsində əməkdaşlıqdan tutmuş ticarət və iqtisadi innovasiyalara qədər olan məsələlərdə maraqlarımızı qorumaq üçün mükəmməl namizəddir”.

Trampın gəlini də bu təklifə qarşılıq öz sosial şəbəkə hesabında paylaşım edib:

“Prezident Trampın Yunanıstanda növbəti səfir vəzifəsinə namizədliyini qəbul etməkdən şərəf duyuram və ABŞ Senatının dəstəyini qazanmağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Tramp daha əvvəl də digər gəlini Lara Trampın Floridaya senator kimi namizədliyini irəli sürüb.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью