Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İyunun sonunda Haaqada keçiriləcək NATO sammitində ABŞ Prezidenti Donald Trampın iştirak etməməsi alyans üçün dərin böhran demək olacaq.
Axar.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda “Radio Zet”in efirində deyib.
“Tramp Haaqadakı NATO sammitinə gəlməsə, ciddi böhran yaranacaq. Onun gəlməyəcəyini düşünmürəm”, - o bildirib.