Tramp: Generik dərmanlara tariflər 100 faizə çatdırılacaq

22.07.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan generik dərmanlarla bağlı yeni tarif siyasətini açıqlayıb.

O bildirib ki, generik dərmanlara tətbiq edilən gömrük rüsumları ilk iki il ərzində qüvvəyə minməyəcək, daha sonra isə mərhələli şəkildə artırılacaq.

Banco.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, 1 avqustdan etibarən idxal olunan bütün generik dərmanlar üçün gömrük rüsumu iki il müddətində 0 faiz səviyyəsində saxlanılacaq. Bu müddətin başa çatmasından sonra tariflər bir il ərzində 100 faizə, daha sonra isə 200 faizə qədər yüksəldiləcək.

ABŞ Prezidenti vurğulayıb ki, bu qərarın əsas məqsədi generik dərman istehsalını yenidən ölkəyə qaytarmaq və yerli istehsalı stimullaşdırmaqdır. Onun sözlərinə görə, müəyyən olunmuş keçid dövründə ABŞ-da istehsal müəssisələri və avadanlıqlara investisiya yatırmayan şirkətlər müxtəlif sanksiyalarla üzləşə bilərlər.

Tramp əlavə edib ki, yeni siyasət "Amerika xalqını qorumağa" xidmət edir. O, patentləşdirilmiş, markalı və innovativ dərmanlarla bağlı mövcud siyasətdə isə heç bir dəyişiklik edilməyəcəyini bildirib.

Prezident həmçinin qeyd edib ki, hazırda ABŞ-da görünməmiş miqyasda yeni dərman istehsalı müəssisələrinin tikintisi həyata keçirilir və bunun ölkənin əczaçılıq sənayesini daha da gücləndirəcəyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью