Tramp gitara satışına başladı

21.11.2024

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp bir sıra eksklüziv gitaraların satışını elan edib və bəzilərinə şəxsən imza atıb.

Axar.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth” sosial səhifəsində yazıb.

"Tezliklə satışda. Məhdud sayda "45" gitaraları. Cəmi 1,3 min akustik və elektrik gitara, bəzilərini şəxsən mənim imzaladım", - o bildirib.

“Trump Guitars” saytının məlumatına görə, musiqi alətləri artıq satışdadır. Qeyd edilir ki, istehsal olunan 1,3 min nüsxədən yalnız 1275 gitara satışa çıxarılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью