Lent az saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp seçki kampaniyasının şüarını daşıyan eksklüziv “45” gitara seriyasının satışını elan edib. Lent.az xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, gitaralarda başlıqda mirvari rənglı boya ilə həkk olunmuş “Amerikanı yenidən möhtəşəm et” ifadəsi yer alıb.
O qeyd edib ki, istehsal olunan 1,3 min nüsxədən yalnız 1275 ədədi satışa çıxarılacaq. Eyni zamanda o, 275 alətə avtoqraf qoyub - onlardan 125-i artıq alıcıların ixtiyarındadır.
Gitaraların qiyməti min dollardan başlayır və Trampın şəxsi imzası olan gitara alıcılara 10-10,5 min dollara başa gələcək.