Tramp: Gömrük rüsumları ABŞ a gündəlik 2 milyard dollar qazandırır

09.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, ölkəyə idxal olunan mallara tətbiq edilən gömrük rüsumları Amerika büdcəsinə hər gün 2 milyard dollar gəlir gətirir.

“Biz gündəlik təxminən 2 milyard dollar gömrük rüsumu əldə edirik. İşlər çox yaxşı gedir”, – deyə Tramp bildirib.

Amerikalı lider əlavə edib ki, artıq 70-dən çox ölkə ABŞ-la tariflərlə bağlı razılaşma əldə etmək istədiyini bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью