Tramp gömrük rüsumlarını 50 faizədək artırdı

11.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Kanada məhsullarına yeni tariflər tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

Belə ki, martın 12-dən Kanadadan gətirilən məhsullara tətbiq olunan 25 faizlik gömrük rüsumları 50 faizədək artırılır.

Tramp bu qərarın Kanada hakimiyyətinin ABŞ-yə verilən elektrik enerjisinə tariflər tətbiq etməsinə cavab olaraq verildiyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью