Tramp görüləcək ən böyük işi açıqladı

10.03.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp xarici məhsullara tətbiq edilən gömrük rüsumlarının ölkəsinin iqtisadiyyatını gücləndirəcəyini və ABŞ-ni yenidən zənginləşdirəcəyini vurğulayıb.

Milli.Az xəbər verir ki, Tramp bu tədbirin ABŞ üçün "görülən ən böyük iş" olacağını qeyd edib.

"Rüsumların tətbiqi ölkəmizi iqtisadi baxımdan gücləndirəcək. Biz çox böyük məbləğlər əldə edəcəyik, yüz milyardlarla dollar gələcək. O qədər varlanacağıq ki, bu pulların harada xərclənəcəyinə qərar verməkdə çətinlik çəkəcəyik. Yeni iş yerləri yaranacaq, fabriklər açılacaq və iqtisadiyyatımız canlanacaq", - deyə Tramp bildirib.

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью