Tramp göstəriş verdi

25.08.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu bildirən ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirakından narazılığını ifadə edib.

Modern.az xəbər verir ki, Tramp “Truth” sosial şəbəkəsində paylaşımında bu təlimlərin həm böyük maliyyə xərcləri yaratdığını, həm də onun prezidentliyi dövründə ABŞ-yə qarşı təhdid və hörmətsiz davranmayan Şimali Koreyaya düşməncəsinə siqnal göndərdiyini qeyd edib.

“Buna görə də, təlimlərin ləğvi üçün artıq gec olduğunu nəzərə alaraq, Hərbi katib Pit Heqsetə birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verdim”, – deyə Tramp bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью