Tramp gözlənilməz görüş elan etdi

16.11.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə görüşlərindən sonra Şimali Koreya lideri Kim Çen Inla da görüşə biləcəyini istisna etməyib.

Turkustan.az xəbər verir ki, Tramp Putin və Si Cinpinlə qarşıdan gələn görüşləri barədə jurnalistlərin suallarını cavablandırıb.

ABŞ prezidentindən Çin və Rusiyadan İrandan neft almağı dayandırmağı xahiş edib-etməyəcəyi soruşulub. Tramp suala belə cavab verib: “Nə istəsəm, onu da soruşacağam. Bunu bilməyinizə ehtiyac yoxdur”.

Rusiya-Ukrayna müharibəsinə də toxunan Tramp Vladimir Putinin Ukrayna məsələsində müəyyən qədər geri çəkildiyini iddia edib.

“Düşünürəm ki, Putin Ukrayna məsələsində bir az geri çəkilir. O, daha sərt mövqe tuta bilərdi. Aydındır ki, məncə, geri çəkilir”, – deyə Tramp bildirib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью