Tramp gözünü bu dəfə Ukraynanın təbii sərvətlərinə dikdi

04.02.2025

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp yardım müqabilində Kiyevdən nadir torpaq elementləri almağa tələb edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərə açıqlama verən zaman deyib.

Tramp bildirib ki, o, Kiyevin dəstək müqabilində elektronikada istifadə olunan nadir torpaq metallarının tədarükünə zəmanət verəcəyi bir saziş üzrə danışıqlar aparmaq istəyir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəni bitirmək üçün qələbə planının bir hissəsi kimi ötən ilin oktyabrında belə bir ideya irəli sürmüşdü.

Mikayıl
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью