Tramp: Günahkar Putin yox, Zelenskidir

15.01.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ukraynadakı müharibənin uzanmasında  günahkar Putin yox, Zelenskidir.
 

Ölkə.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun fikrincə, Ukraynadakı potensial  sülh razılaşmasının  
 qarşısını alan Rusiya deyil, Ukraynadır.
“Reuters”ə müsahibəsində  Tramp iddia edib ki,  Putin razılaşma əldə etməyə hazır olsa da, Ukrayna razılaşmaya daha az hazırdır.
ABŞ-ın liderliyində aparılan danışıqların niyə bu günə qədər İkinci Dünya Müharibəsindən bəri Avropanın ən böyük quru münaqişəsinə son qoymaqda uğursuz olduğu sualına Tramp "Zelenski" cavabını verib.
“Biz Prezident Zelenskini bunu dəstəkləməyə inandırmalıyıq", - deyə o bildirib.
Zelenskinin danışıqları niyə gecikdirdiyinə gəldikdə  Tramp ətraflı cavabdan yayınaraq   deyib ki, istədiyini etməkdə çətinlik çəkir.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью