Tramp Gürcüstanda 65 mərtəbəli bina tikdirir

16.09.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Tbilisidə inşa ediləcək hündürmərtəbəli “Trump Tower” dünyanın diqqətini Gürcüstana yönəldəcək. Bu, dünyada ən populyar daşınmaz əmlak brendidir”.

Teleqraf xəbər verir ki, bunu “Trump Organization” şirkətinin icraçı vitse-prezidenti və ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp deyib.

Erik Tramp Tbilisidə “Trump Tower”in beynəlxalq tədbirinə videobağlantı vasitəsilə qoşularkən bildirib ki, “Trump Tower” Tbilisiyə gələndə şəhər daha çox diqqət çəkəcək:

“İndi inkişaf və tikinti sahəsində yeni standart müəyyən ediləcək, biz keyfiyyətə, yerləşmə məkanına böyük diqqət yetirdiyimiz üçün istəyirik ki, Gürcüstan dünya xəritəsində öz yerini tutsun və Gürcüstana böyük diqqət yetirilsin. Nyu-Yorkda çox məşhur Mərkəzi Park var və oradakı ən hündür bina 65 mərtəbəlidir. Bənzər təşəbbüsün Gürcüstanda da həyata keçiriləcəyinə görə sevinirik.

Əminəm ki, məhz belə də olacaq. Çox şadam ki, Nyu-Yorkdakı Mərkəzi Parkla yanaşı, Tbilisidəki Mərkəzi Parkın yanında da “Trump Tower” olacaq və bu, atamın başladığı və bir neçə il əvvəl həyata keçirdiyi işin davamı olacaq. Bu ad çox vacibdir, çox möhtəşəmdir. Bu bina fantastikdir və bu komanda əladır. Bu, qarşıdakı illər ərzində maraq doğuracaq layihə olacaq”.Читать полностью